2017-ci il 31 may tarixində «Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında» Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul edilib.
2016-cı ildə dövlət büdcəsinin gəlirləri 16822 mln. manat proqnoza qarşı 17505,7 mln. manat və ya 104,1 % icra olunub.
2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 47,3 %-ni qeyri-neft sektorundan gəlirlər təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 5,7 %-bənd çoxdur.
2016-cı il dövlət büdcəsinin xərcləri 18495 mln. manat proqnoza qarşı 17751,3 mln. manat və ya 96 % icra edilib.
Strukturuna görə 2016-cı il dövlət büdcəsi xərclərinin 11698,4 mln.manatı və ya 65,9 %-i cari xərclərə, 4283,8 mln. manatı və ya 24,1 %-i əsaslı xərclərə, 1769,1 mln. manatı və ya 10 %-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
2016-cı il icmal büdcənin gəlirləri 15738,9 mln. manat proqnoza qarşı 21573 mln. manat və ya 137,1 %, xərcləri isə 24566,7 mln. manat proqnoza qarşı 21425,7 mln. manat və ya 87,2 % icra olunub. İcmal büdcədə proqnozlaşdırılmış 8827,8 mln. manat kəsirə qarşı faktiki olaraq 147,3 mln. manat artıqlıq yaranıb.