Bank VTB (Azərbaycan) ASC-nin bankomatların və onlarda olan nağd vəsaitlərin sığortalanması üzrə açıq tender elan edir.
Belə ki, tender təklifləri 07 iyun 2017-ci il saat 16:00-dan gec olmayaraq qeyri-şəffaf zərfdə bağlanmış və möhürlənmiş şəkildə, təqdim edilən sənədlərin möhürlənmiş və imzalanmış siyahısını əlavə olaraq, Bankın VTB- nin baş ofisinə təqdim edilməlidir. Elan edilmiş tenderin texniki şərtlərinə cavab verməyən təkliflər tender komissiyası tərəfindən baxılmayacaq.
Qeyd edək ki, tender təkliflərinin səmərəliliyinə və texniki şərtlərin keyfiyyətinə əsasən qiymətləndiriləcək.