Mayın 31-də Naxçıvan şəhərində Azərbaycan və Türkiyə gömrük xidmətlərinin əməkdaşları arasında hüquqpozmalara qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi mövzusunda işgüzar görüş keçirilib. Görüşdə hüquqpozmalara qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq, qaçaqmalçılıqla birgə mübarizə, məlumat mübadiləsi, risk analizi, seminar və kursların təşkili və digər məsələlər müzakirə olunub, bu sahədə işlərin icrası üçün məsul şəxslər müəyyən olunub.
Görüşdə Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyi Gömrüklərin Mühafizəsi İdarəsinin rəisi Abudallah Soylu birgə əməkdaşlıq nəticəsində hüquqpozma hallarının azaldığını qeyd edib və bu istiqamətdə işlərin daha da gücləndirilməsinin vacibliyini önə çəkib.