May ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 50,43 dollara,Urals nefti 49,40 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 51,55 dollara satılıb.
2017-ci ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 520,58 ABŞ dolları, təyyarə yanacağının qiyməti – 471,86 dollar, dizel yanacağının qiyməti – 442,95 dollar, 1 faizli kükürdlü mazutun qiyməti – 299,83 dollar, yüksək təzyiqli polietilenin qiyməti – 1222,50 dollar, butilen butadien fraksiyasının qiyməti – 635,27 dollar, maye piroliz qətranının qiyməti – 520,58 dollar, propilenin qiyməti – 880 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 1592,50 avro təşkil edib.