“Amazon” un səhm dəyəri min dolları ötüb

New York birjasında əməliyyat görən “Amazon” un səhmləri 30 may tarixində   0,5 % artaraq  1.001,20 dolara qədər yüksəlib. Belə ki, şirkətin səhmləri tarixdə ilk dəfə min dolları keçib, şirkətin bazar dəyəri isə təxminən 479 milyard dollara çatıb. ABŞ-ın investisiya bankçılığı və aktivlərin idarə edilməsi şirkəti “Needham& Company” nin aprel ayı üçün yayımlanan hesabatına əsasən, 2016-cı ildə Amerikanın pərakəndə ticarət sektorunda 34% payı olan “Amazon”-un sektordakı payının 2021-ci ildə 50% -ə  çatacağı proqnozlaşdırılır.

“Amazon” un bu ilin ilk rübündə gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.7% artaraq 35.7 milyard dollara, xalis mənfəəti isə 41.1% artaraq 724 milyon dollaradək yüksəlib.

Qeyd edək ki,  Apple, Alphabet və Microsoft dan sonra Amazon dünyanın ən dəyərli şirkətləri arasında 4-cü yerdədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır