ABA-nın Rəyasət Heyətinin iclası keçiriləcək

20 iyun 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin  geniş tərkibdə iclası keçiriləcək.  İclasda digər məsələlərlə yanaşı Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında iştirakçı bankların nümayəndələrinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Şuraya ABA tərəfindən nümayəndələrin seçilməsi məsələsi müzakirə olunacaq

Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondunun  Himayəçilik Şurasında iştirakçı bankların nümayəndələri qismində “Azərbaycan Beynəlxalq Bankı” nın   İdarə Heyətinin sədri Xalid Əhədov və “Kapitalbank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımov idi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır