İyunun 5-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası öz işinə başlayacaq.
Sessiyada ölkəmizi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti təmsil edəcək.
Sessiyanın iyunun 7-də keçiriləcək plenar iclasında Azərbaycan nümayəndə heyətinin başçısı kimi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin çıxışı nəzərdə tutulur.