Bakı Sərgi Mərkəzində Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisi, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisi uğurla başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri, ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan və digər rəsmi qonaqlar sayca 24-cü sərginin açılışında iştirak ediblər. Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan “Xəzər Neft və Qaz-2017” sərgisi Energetika Nazirliyinin və SOCAR-ın dəstəyi, “ITECA Caspian” və “ITE Group” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilib. Sərgidə ABŞ, Yaponiya, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Belarus daxil olmaqla dünyanın 30 ölkəsini təmsil edən 300-dək şirkət iştirak edib.
İştirakçıların ümumi sayının 15%-ni təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer alıb.