Şəkidə qadınlar üçün treninq keçirilib

İyunun 5-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhərində Sənətkarlar Evində qadın sahibkarlar üçün treninq keçirilib.
“Korporativ idarəetmə”, “Qadın sahibkarlığın inkişafında elektron xidmətlərin rolu” mövzularını əhatə edən treninqdə Azərbaycan Respublikasının korporativ idarəetmə standartları, korporativ idarəetmənin prinsip və metodları, korporativ idarəetmənin şəffaflığın artırılmasında rolu, Müşahidə Şurasının və səhmdarların hüquq və vəzifələri barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, tədbirdə iştirakçılara Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır