Fitch Ratings bəzi Ərəb ölkələrinin Qətərlə diplomatik əlaqələrini kəsməsinə münasibət bildirib.
Beynəlxalq kredit dərəcələrini müəyyənləşdirmə agentliyi Qətər və bəzi Ərəb ölkələri arasındakı böhranın Qətərin kredit reytinqinə ani bir təsirinin olmayacağını bildirib.
Açıqlamada, sözügedən problemlərin böhranın müddətinə və məzmununa bağlı olduğu deyilib. Həmçinin qeyd edilib ki, Qətər geniş xarici investisiyası sayəsində ölkədəki müvəqqəti makro iqtisadi narahatlıqları nəzarət altında saxlaya bilər.