May ayının 30-dan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatına başlanılıb. Güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşlar “Elektron imza” və ya “ASAN imza” vasitəsilə qeydiyyatdan keçib “Elektron hökumət” portalına daxil olmaqla “Güzəştli mənzil” elektron sistemi xidmətindən istifadə edərək müraciətlərini MİDA- ya göndərə bilərlər. “Güzəştli mənzil” sistemində qeydiyyata alınmış şəxs barəsində elan verilmiş mənzili ünvan əsasında seçəcək və seçilmiş mənzili digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılacaq.
Qeyd edək ki, mənzilin seçilməsi və seçilmiş mənzilə məhdudiyyət qoyulması ilə bağlı müraciət edənin elektron kabinetində sistem vasitəsilə dərhal məlumat yerləşdiriləcək.