SOCAR-ın prezidenti Neft Emalı Zavodunda olub

İyunun 7-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində susoyutma qurğusunun istismara verilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər.

Bildirilib ki, SOCAR-ın ”Neftqaztikinti” Tresti tərəfindən 2015-ci ildən etibarən tikilən susoyutma qurğusunun baza layihəsi Zavodla Fransanın “HAMON THERMAL EUROPE” firması, texnoloji qurğulara ötürülən təmizlənmiş və soyuq su xətlərinin çəkilişi layihəsi isə “Neftqazelmitədqiqatlayihə“ İnstitutu tərəfindən işlənilib. Qurğunun dövr etdirilən suya görə məhsuldarlığı saatda 7000 kubmetrdir. Qurğulardan qayıdan dövrü su 45ºC temperaturdan 32ºC temperatura qədər soyudularaq təkrarən dövriyyəyə qaytarılacaq.

Susoyutma qurğusunun yanğınsöndürmə sistemi üçün hər birinin gücü saatda 130 kubmetr olan 2 (1 işçi, 1 ehtiyat) nasos quraşdırılmış, işçi heyəti üçün operator otağı inşa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır