Rəqəmsal Ticarət Qovşağı Avropanın Elektron İmza Forumunda təqdim edilib

Polşanın Şetsin şəhərində Avropada ən böyük beynəlxalq forumu hesab edilən elektron imza və etimad edilən xidmətlər üzrə XVII Avropa forumu  keçirilib.

Azərbaycanı Forumda “Asan İmza” mobil elektron imza xidmətinin operatoru – “B.EST Solutions” şirkətinin rəhbəri Yana Krimpe təmsil edib. O, “Mobile ID Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və transsərhəd elektron xidmətlər üçün təhlükəsizlik açarıdır” məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, mobil identiklik və imza xidməti olan “Asan İmza” hər yerdə və təhlükəsiz olaraq dövlət və özəl elektron xidmətlərə giriş imkanını yaradan və qanunvericilik səviyyəsində ümummilli identikliyə bərabər xidmətdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim edilən və ölkədə elan edilmiş “Made in Azerbaijan” konsepsiyasını izləyən “Azexport.az” portalına “Asan İmza”nın inteqrasiyası forum iştirakçılarının xüsusi marağına səbəb olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır