İspaniyanın ən böyük altıncı bankı olan Banco Popular, auditorların qərarı ilə satışa çıxarılıb.
Rəqibi Banco Santandere simvolik bir rəqəm olan 1 avroya bankı alıb.
Banco Santandere Banco Popuların büdcəsini düzəltdikdən sonra kapital qənaətcilliyi nəticəsində 7 milyard dollar gəlir əldə edə bilər.
Xatırladaq ki, İspaniyada son illərdə baş verən böhrandan təsirlənən Banco Popuların rəhbəri Emilio Saracho, aprel ayında zərərləri azaltmaq üçün səhmlərin böyük hissəsini və ya hamısını satacaqlarını açıqlamışdı. Bankın bazar dəyəri son bir neçə gündə yarı yarıya azalmışdı.