Avropa Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Avropa Mərkəzi Bankı (AMB) iyun iclasında  faiz dərəcələrini dəyişməyib. Belə ki, AMB uçot dərəcəsini 0 % , depozit faizlərini – 0,4 % və marjinal borcvermə faizini isə  0,25 % səviyyəsində saxlayıb.

Faiz dərəcələrinin bir müddət bu səviyyədə qalacağı bildirilib. Ancaq açıqlamada  faiz dərəcələrinin aşağı səviyyəyə salınması barədə ifadə işlədilməyib.

Xatırladaq ki  bundan əvvəlki açıqlamada  “faiz dərəcələri  bir müddət bu səviyyədə  və ya daha aşağı səviyyədə qala bilər” ifadəsi istifadə olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır