İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə Azərbaycanda fəaliyyət göstərən ixracatçıların tanışlığına start verilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində görüşlərin keçirilməsində məqsəd, “Bir Pəncərə”nin xidmətləri barədə ixracatçıları məlumatlandırmaq, həmçinin ixrac prosedurlarının sadələşdirilməsi sahəsində aparılan islahatlarla sahibkarları tanış etməkdən ibarətdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirib ki, ixracatçılar daha az resurs sərf etməklə ixrac prosedurlarını daha tez və asan həll edəcəklər. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində tələb olunan bütün sertifikatlar – baytarlıq və fitosanitar, keyfiyyət, mənşə, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün sertifikatların verilməsi təmin edilir. Mədəni sərvətin mühafizəsi şəhadətnaməsi və dini ədəbiyyatın ixracına razılığı da buradan almaq olar.