Ödəniş kartları ilə aparılan əməliyyatların həcmi azalıb

2017- ci ilin aprel ayı üzrə debet və kredit kartlarının ümumi sayı 5.53 milyon ədəd təşkil edib. Bu ötən ayla müqayisədə 35 min ədəd çoxdur. Həmçinin, aprel ayı üzrə debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 1.1 milyard manat olub. Əvvəlki ayla müqayisədə bu göstərici 200 milyon manat məbləğində azalıb.

Qeyd edək ki, orta hesabla aprel ayı ərzində  1 kartla  200 manat məbləğində əməliyyat aparılıb. Bu da ötən ayla müqayisədə təqribən 38 manat azdır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır