Elmi-praktiki seminar keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə iyunun 13-də “Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktiki seminar keçiriləcək. Tədbir  görkəmli coğrafiyaçı və torpaqşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunub.

Konfransda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti iştirak edəcək. Konfransda torpaq idarəçiliyində müasir yanaşmalar, kadastr məlumatlarından istifadənin elmi əsasları, coğrafiya-informasiya sistemlərinin tətbiqi, torpaqlardan istifadə problemlərinin araşdırılması və digər bu kimi mövzularda təqdimatlar olacaq.

Konfrans 13 iyun saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin inzibati binasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır