2017-ci ilin may ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 19863 zəng cavablandırılıb.
Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 49445 SMS, ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 60444 SMS göndərilib.
May ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 401435 daxilolma qeydə alınıb.
Vergi ödəyicilərinə xidmət strukturlarında 37824 vətəndaş qəbul edilərək onlara 57452 sayda xidmət göstərilib. 2017-ci ilin 1 iyun tarixinə vergi ödəyicilərinə ümumilikdə 314338 sayda ASAN İmza sertifikatı verilib.
2017-ci ilin may ayı ərzində 10581 (1394 hüquqi şəxs, 9187 fiziki şəxs) qeydiyyatdan keçib.