Hərracda daha 7 əmlak özəlləşdirilib

13 iyun tarixində  daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı  açıq hərrac  keçirilib. Hərracda 5 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Bakı  şəhəri üzrə 1 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri-yaşayış sahəsinə, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə  sifariş verilib. Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir, səhiyyə sahəsinə aid olub. Həmin əmlaklar müvafiq olaraq Bakının Sabunçu rayonunda, Tovuz, Gəncə və Oğuzda yerləşir.  Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Hərracda daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri  Gəncə şəhərində yerləşən sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsidir.

Özəlləşdirilən əmlakların sahəsi 80 kv.m ilə 577 kv.m arasında dəyişir.

Qeyd edək ki, hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və digər sahələrə aid müəssisələr var.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır