AccessBank iş adamlarının nağdsız hesablaşmalarını asanlaşdıran “Biznesə 5D” kampaniyasını davam etdirir. Bu kampaniya çərçivəsində müştərilərə cari hesablar, əməkhaqqı layihələri, müştərinin VÖEN hesabına bağlı biznes kart, pos-terminal və onlayn-bankinq pulsuz təklif olunur.
Kampaniya zamanı pulsuz təklif olunan əməkhaqqı layihələri korporativ müştərilərə sadə sənədləşdirmə prosesi, işçi heyətinin əmək haqqı barəsində məlumatın məxfi saxlanması, maliyyə departamenti işçilərinin və şirkət əməkdaşlarının iş vaxtına qənaət, rahatlıqla myAccess onlayn bankinq vasitəsilə maaşların köçürülməsi kimi üstünlüklər qazandırır.
Qeyd edək ki, “Biznesə 5D” layihəsinə qoşulan hüquqi şəxs və fərdi sahibkarların əməkdaşlarına da güzəştli xidmətlər təqdim olunub. Həmin xidmətlərə myAccess xidmətinə ödənişsiz qoşulma, “Yığım” əmanətini 30 AZN-dən başlayaraq açmaq imkanı, AZN valyutasında 12-60 ay müddətinə açılan “Yığım” əmanətinin standart illik faiz dərəcəsinə 1%-in əlavə olunması və “Nağd” kredit və kredit kartlarını standart illik faiz dərəcəsindən 2% aşağı əldə etmək imkanı daxildir. Kampaniya 30 iyun 2017-ci ilədək davam edəcək.