“FinEx Kredit” BOKT ötən ili mənfəətlə başa vurub

“FinEx Kredit” BOKT ASC 2016-cı il üzrə audit hesabatını açıqlayıb. Belə ki, ötən il üzrə BOKT-un cəmi aktivləri 3 milyon 296 min 664 manat təşkil edib. Bu isə 2015-ci il ilə müqayisədə 23% çoxdur. Kredit təşkilatının hesabat dövrü üzrə faiz gəlirləri 556 min 223 manat, faiz xərcləri isə 196 min 500 manat olub.  Ötən il BOKT-un cəmi öhdəlikləri 2 milyon 642 min 787 manat, cəmi kapitalı 653 min 877 manat təşkil edib.

Qeyd edək ki, “FinEx Kredit” ötən ili 53 min 877 manat mənfəət əldə edib. Bu isə hesabat dövründən əvvəlki il ilə müqayisədə 2 dəfə çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır