Bir kredit kartla həyata keçirilən əməliyyatların həcmi 16 manat azalıb

2017-ci ilin aprel ayı ərzində dövriyyədə olan kredit kartlarının ümumi sayı 647 milyon ədəd olub. Ötən ayla müqayisədə  bu göstərici  6 min ədəd daha çoxdur. Həmçinin, aprel ayında kredit kartları ilə aparılan əməliyyatların həcmi 0.12 milyard manat olub. Əvvəlki ayla müqayisədə əməliyyatların həcmi 9 milyon manat məbləğində azalıb.

Qeyd edək ki,  orta hesabla aprel ayı ərzində  1 kredit kartla  193 manat məbləğində əməliyyat aparılıb. Bu da ötən ayla müqayisədə təqribən 16 manat azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır