Dəmirbankın may ayından başlayan “Hədiyyəli Yay” kampaniyası yay boyu əmanət yerləşdirən müştəriləri üçün davam edəcək.
Kampaniyanın şərtlərinə uyğun olaraq əmanət yerləşdirən müştərilərə 1250 AZN dəyərinədək hədiyyə kuponu təqdim edilir. Bu kuponla “Soliton” mağazalar şəbəkəsinin filiallarına yaxınlaşıb istənilən məhsulun dəyərinin ödənilməsində istifadə edilə bilər. Alınan məshulların toplam dəyərinin kuponun dəyərini ötməmək şərtilə bir kuponla bir neçə məhsul alına bilər. Əgər alınan məhsulların dəyəri kuponun dəyərini ötürsə, artıq məbləğ müştərinin özü tərəfindən ödənilərək məshul alına bilər.
Əmanətlər DəmirBank-ın istənilən filialında dollar və manat valyutalarında açıla bilər. Manatla yerləşdirilən əmanətlərə 18%-dək, dollarla isə 6%-dək gəlir təqdim edilir. Kampaniya manatla 6 aydan 36 ayadək, dollarla isə 12 ayadək yerləşdirilmiş əmanətlərə şamil olunur.
Həmçinin, müştərilərə manat əmanətlərini illik 12% gəlirlə yerləşdirərək Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanma imkanı, həm də hədiyyə qazanma imkanı verilir.