Dəyəri 183 ölkənin illik milli gəlirindən daha yüksəkdir

Dünyanın öndə gedən texnologiya şirkəti “Apple”, mobil telefon markaları arasında cığır açan “iPhone”nin bazara girişinin 10-cu ilini qeyd edir. Şirkət bu telefonların satışından sadəcə keçən il 136,7 milyard dollar əldə edib.

Ümumilikdə “Apple” şirkətinin keçən il gəliri 215,6 milyard dollar olub. Bunun 64%-i, yəni 136,7 milyard dolları isə “iPhone” telefonları hesabına əldə edilib.

Şirkətin ümumi bazar dəyəri 750 milyard dolardır. Qeyd edək ki, bu məbləğ 183 ölkənin illik milli gəlirindən yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır