“Bank VTB” Azərbaycandakı törəməsi olan “Bank VTB (Azərbaycan)” ASC-dəki səhm paketinin bazar və investisiya dəyərinin qiymətləndirilməsi üçün sifariş verib.
Qiymətləndirmə obyekti 124,497 mln. ədəd (səhmlərin 49%-i) səhmdir.
Qiymətləndirmə “Rossiyskaya otsenka” QSC tərəfindən aparılacaq. İşlər 1 ay müddətində aparılacaq. “Bank VTB” bunun üçün 4,65 mln. rubl ödəyəcək.
Bankdan bildirilib ki, qiymətləndirmə idarəetmə sahəsində qərarların qəbul olunması üçün lazımdır.
Mənbə: Apa.az