Latviya Mühasiblər Assosiasiyası ilə Anlaşma memorondumu imzalanıb

Azərbaycan Respublikası Auditorlar Palatası müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə, beynəlxalq təcrübədən daha səmərəli bəhrələnmək üçün  Latviya Mühasiblər Assosiasiyası ilə Anlaşma memorondumu imzalayıb. Tədbirdə Latviya Mühasiblər Assosiasiyasının nümayəndə heyəti ilə birgə, Auditorlar Palatasının əməkdaşları, üzvləri və Fəxri üzvləri iştirak edib.

Tədbirdə iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb, Azərbaycan və Latviya auditinin mövcud durumu, onların qarşısında duran problemlərin həlli yolları, maliyyə hesabatlığı sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi istiqamətləri barədə müzakirələr aparılıb.

Qeyd edək ki,  Auditorlar Palatasının sədri, i.e.d, professor Vahid Novruzov bildirib ki, imzalanmış saziş hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq və gələcəkdə bir-birinə beynəlxalq səviyyədə dəstək olmaq istiqamətində mühüm əhəmiyyətə malik olacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır