“AccesBank” kredit kampaniyasının vaxtını uzadıb

“AccessBank” ötən ay başladığı kredit kampaniyasının vaxtını uzadıb.  Sözügedən kampaniyaya əsasən bankdan 15 aylıq kredit götürən müştərilər məbləğin yalnız 12 %-ni ödəyir.

Belə ki, artıq kredit kampaniyasına qoşulmaq istəyən hər kəs 31 iyul 2017-ci il tarixinədək bu təklifdən yararlana bilər. Təklifdən yararlanan müştərilərin sərfəli şərtlərlə 50 min manatadək mikro və 20 min manatadək nağd kredit əldə etməyi mümkündür.

Qeyd edək ki, ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytına daxil ola bilərsiniz.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır