2017-ci ilin iyun ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 212 min 764 ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar-iyun aylarında bu kəmərlə 13 milyon 174 min 287 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il iyul ayının 1-ə qədər BTC-yə 334 milyon 712 min 349 ton neft vurulub.
Qeyd edək ki, 2017-ci ilin iyun ayında BTC kəməri ilə 564 min 548 ton Türkmənistan nefti nəql olunub.