İyunun 30-da Vergilər Nazirliyinin Çağrı Mərkəzində “Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək” tvinninq layihəsinə həsr olunan tədbir keçirilib.
Layihənin Azərbaycan tərəfindən rəhbəri, vergilər nazirinin müşaviri Elçin Məmmədov bildirib ki, Avropa-İttifaqı Azərbaycan Fəaliyyət planında müəyyən edilmiş prioritetlərə əsasən, vergi orqanlarında müasirləşmənin, sadələşmənin və informasiya-kommunikasiya texnologiyalarından istifadənin davam etdirilməsi nəzərdə tutulub.
Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə vergi ödəyiciləri ilə səmərəli əməkdaşlığın qurulmasında və çevik vergi inzibatçılığının həyata keçirilməsində irəliyə doğru növbəti mühüm addımdır.
Elan edilən tenderdə İspaniya və Fransanın birgə təklifi qalib gəlib.
Qeyd edək ki, layihənin ümumi müddəti 27 ay, büdcəsi isə 1,3 milyon avro məbləğində müəyyən edilib.