Ərzaq məhsullarının qiyməti bahalaşıb

2017-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 %, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,1 %, qeyri-ərzaq məhsullarının qiymətləri 12,4 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,4 % bahalaşıb.

Cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1 %, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 % ucuzlaşıb, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 % bahalaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır