Gömrük rüsumundan yayınmalar davam edir

Bir sıra Xarici İqtisadi Fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışıb. Sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

Qeyd edək ki, ümumilikdə 1053684.61 ABŞ dolları vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib. Həmin sahibkarlar və Şirkətlər haqqında ətrafı məlumat üçün keçiddən istifadə edə bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır