2017-ci ilin may ayı üzrə Azərbaycan iqtisadiyyatında pul bazası 7628.1 mln. manat təşkil edib ki, bu da aprel ayının sonu ilə müqayisədə 2.10% və ya 160 mln. manat çoxdur. Bu barədə Mərkəzi Bankın statistik bülletenində məlumat verilib.
Qeyd edək ki, ötən ilin müvafiq dövri ilə müqayisədə pul bazasında 1.92% və ya 146.5 mln. manat artım olub.