İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının beynəlxalq akkreditasiya sahəsi genişləndirilib. Belə ki, iyunun 20-dən etibarən araq və şərab məhsulları üzrə daha 16 metod beynəlxalq akkreditasiya sahəsinə daxil edilərək, laboratoriyanın akkreditasiya sahəsi 30 metoda çatdırılıb. Hazırda Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında alkoqollu içkilərin 50-dən çox keyfiyyət və təhlükəsizlik göstəricisi üzrə müayinəsi aparılır.
Bu barədə iyulun 14-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və şərab iştehsalçılarının iştirakı ilə “Şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinəsi” mövzusunda keçirilən təqdimat zamanı bildirilib.
Tədbirdə İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru Fazil Məmmədov , Latviyanın “LATAK” Milli Akkreditasiya Bürosunun direktoru Olqa Veylande, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin regional bölmələrlə və laboratoriyalarla iş şöbəsinin müdiri Elşad Həsənov təqdimatla çıxış edib.
Qeyd edək ki, tədbirin sonunda iştirak edən sahibkarlar onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ifadə edib və sahibkarların sualları cavablandırılıb.