Bu il 10582 “Elektron imza” sertifikatı istifadəyə verilib

Bu ilin 6 ayı ərzində toplam 23.635.703 autentifikasiya və elektron imza əməliyyatı aparılıb.

Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən cari ilin 6 ayı ərzində istifadəyə verilmiş “Elektron imza” sertifikatlarının sayı 10.582-yə çatıb. Onlardan dövlət qurumlarının payına 3.440, fiziki şəxslərin payına 2.582, hüquqi şəxslərin payına isə 4.560 “Elektron imza” sertifikatı düşür.

Son bir ayda istifadəyə verilmiş “Elektron imza” sertifikatlarının sayı isə 3 minə yaxın olub. Yəni, 2017-ci ilin təkcə iyun ayında verilən 2736 “Elektron imza” sertifikatının 534-ü dövlət qurumlarının, 622-si hüquqi şəxslərin, 1580-i isə fiziki şəxslərin payına düşür.

“Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən cari ilin 1 iyul tarixinədək olan statistikaya əsasən, dövlət qurumları üzrə 69.422, fiziki şəxslər üzrə 19.792, hüquqi şəxslər üzrə isə 21.584 olmaqla, ümumilikdə110.798″Elektron imza” sertifikatı istifadəyə verilib.

Bundan əlavə, məntiqi olaraq elektron imza vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı da artmaqda davam edir. Belə ki, bu günə qədər dövlət qurumları tərəfindən toplam 18.858.500, hüquqi və fiziki şəxslər üzrə toplam 4.777.203 olmaqla, ümumilikdə 23.635.703 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2017-ci ilin ilk 6 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı5.782.910olmuşdur ki, bu da ümumi aparılmış əməliyyatların təqribən24.47%-i deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 4.062.106, hüquqi və fiziki şəxslərin payına isə toplam 1.720.804 autentifikasiya və elektron imza əməliyyatı düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır