Dövlət büdcəsinin xərcləri 100% icra edilib

İyulun 19-da Azərbaycan Respublikası Maliyyə Nazirliyində Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.

İlin birinci yarısında dövlət büdcəsinin icrası vəziyyəti ilə əlaqədar qeyd edilib ki, bütövlükdə 6 ayda icmal büdcənin gəlirləri 11,6 mlrd. manat və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 25,3 %, xərcləri isə 11,5 mlrd. manat və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 25,9 % çox icra edilib.

Dövlət büdcəsinin mədaxili isə 7,7 mlrd. manat və ya 102,3 %, xərcləri isə 8,2 mlrd. manat və ya 100 % icra edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır