Oğuz rayonunda işgüzar forum  keçirilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iyulun 20-də Oğuz rayonunda işgüzar forum  keçirilib.

İşgüzar forum çərçivəsində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Oğuz rayonunun iqtisadi potensialına uyğun olaraq, iri fermer, cins heyvandarlıq, tütünçülük, üzümçülük, bağçılıq və arıçılıq təsərrüfatlarının, meyvəqurutma və pendir istehsalı müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinın təqdimatı keçirilib. Həmçinin, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib və sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Qeyd edək ki, forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Oğuz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 515 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, tütünçülük, bağçılıq və digər sahələrin inkişafına yönəldiləcək. Tədbir çərçivəsində Oğuzda güzəştli kredit ayrılan tütünçülük təsərrüfatına və qarğıdalı əkini sahəsinə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır