Avropa Mərkəzi Bankı faiz dərəcəsini dəyişməyib

Avropa Mərkəzi Bankı  (ECB)  faiz dərəcələrini dəyişməyib. Belə ki, bankın iyul iclasında uçot dərəcəsi 0% səviyyəsində saxlanılıb.

İclasda verilən qərara əsasən, depozit faizləri – 0,4%,  marjinal borcvermə faizi isə 0,25 % təşkil edib.

Qeyd edək ki, Avropa Mərkəzi Bankının İdarə Heyəti  faiz dərəcələrinin uzun müddət aşağı səviyyədə olacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır