Naxçıvanda 2017-ci ilin yanvar-iyun aylarında 523 693 400 manat həcmində sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % çoxdur.
Sənaye məhsulu istehsalının 96%-i malların, 4 %-i isə xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 23 250 700 manatlıq, qeyri-dövlət sektorunda isə 500 442 700 manatlıq məhsul istehsal olunub. İstehsal olunan sənaye məhsulunun 95,6 %-i özəl sektorun payına düşüb.