21 iyul 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC-nin faizli adlı sənədsiz ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2019008682) nominal qiymətlə həcmi 25 000 000 manat təşkil edib.
Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilib.
İsiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1,008.8300 AZN təyin edilib. İsiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 25,000,000 AZN təşkil edib. Hərraca çıxarılan istiqrazlar tam həcmdə yerləşdirilib.
Qeyd edək ki, yerləşdirmənin anderrayteri qismində birja üzvü Paşa Kapital İŞ QSC çıxış edir. İstiqrazların ödəmə tarixi 18 dekabr 2037-cı ildir.