DGK-nın sədri vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev iyulun 28-də saat 10:00-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 217) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən-Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Laçın rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qeyd edək ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 27-si saat 10:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi və Xudafərin Gömrük İdarəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır