Elektron xidmətlərin böyük əskəriyyəti Vergilər Nazirliyinin payına düşür

Hazırda Azərbaycanda müxtəlif dövlət qurumları tərəfindən, ümumilikdə, 452 elektron xidmət göstərilir. Bu xidmətlərin böyük əskəriyyəti, yəni 63-ü Vergilər Nazirliyinin payına düşür. Mərkəzi icra hakimiyyəti orqanları arasında ən çox elektron xidmət göstərən dövlət orqanı kimi, Vergilər Nazirliyinin tətbiq etdiyi elektron xidmətlər vergi inzibatçılığının, demək olar ki, bütün mərhələlərini əhatə edir.

Qeyd edək ki, vergi ödəyicilərinin rahatlığının təmin edilməsi, vergi orqanı ilə ödəyici arasında canlı təmasın, uzun sürən sənədləşmə prosedurlarının minimuma endirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən bütün vergi xidmətlərinin elektron versiyası hazırlanaraq vergi ödəyicilərinin istifadəsinə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır