Maliyyə Nazirliyi tender elan edir

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar  blanklarının yüksək poliqrafik səviyyədə və razılaşdırılmış müddətdə hazırlanması məqsədilə tender elan edir.

Tender proseduru 2017-cı ilin sentyabr ayının 8-də saat 11ºº-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin konfrans zalında (III mərtəbə, otaq № 338) keçiriləcək.

Qeyd edək ki, tender təklifləri 2017-ci ilin sentyabr ayının 7-də, saat 11ºº-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin “Müdafiəli sənədlərin dövriyyəsi” sektoruna təqdim olunmalıdır. Tender barədə ətraflı məlumat keçiddə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır