Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov BMT İnkişaf Proqramının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.
Görüşdə məqsəd BMT İnkişaf Proqramı, Qlobal Ətraf Mühit fondu və Kənd Təsərrüfatı Nazirliyinin birgə həyata keçirəcəkləri “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsinə hazırlıq məsələlərinin müzakirəsi olub.
Görüşdə “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsin komponentləri üzrə müzakirələr aparılıb.
Qulam İsakzai Azərbaycanın yüksək kənd təsərrüfatı potensialı olduğuna bildirərək bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.