İqtisadiyyat naziri Almaniyanın “TEMCO Group” şirkətinin rəhbəri ilə görüşüb

İyulun 27-də İqtisadiyyat naziri Şahin Mustafayev Almaniyanın  “TEMCO Group” şirkətinin rəhbəri Frank Templinlə görüşüb.

Belə ki,nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, aparılan iqtisadi islahatlar, biznes və investisiya mühiti, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən təbdirlər barədə məlumat verib.

Görüş çərçivəsində qarşılıqlı iqtisadi əməkdaşlıq, alman investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, eləcə də Sumqayıt Kimya Sənaye Parkında avtomobil sənayesi üçün plastik tərkibli ehtiyat hissələri istehsalının yaradılması barədə müzakirələr aparılıb.

Həmçinin, görüş zamanı Sumqayıt Kimya Sənaye Parkında peşə tədrisinin Almaniya təcrübəsi əsasında inkişafı da müzakirə olunub.

Qeyd edək ki, görüşdə Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır