Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini davam edir.
2017-ci il iyul ayına olan məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 944,5 min hektar sahənin 870,8 min hektarı və yaxud 92,2 %-i biçilərək məhsulu yığılıb. Toplanmış məhsul 2515,1 min ton təşkil edib və məhsuldarlıq 28,9 sentnerə bərabər olub. Yığılmış məhsulun 1696,6 min tonu və yaxud 67,5 %-i buğda, 797,8 min tonu və ya 31,7 %-faizi arpa, 20,7 min tonu və ya 0,8 %-i digər dənli və dənli paxlalı bitkiləridir.