Yüksək status yüksək gərginlik yaradır – Harvard Business Review

Uzun müddət sosioloqlar güman edirdilər ki, yüksək vəzifələrinin müəyyən hakimiyyət, avtonomluq və sabit vəziyyəti nəzərdə tutan şəxslərdə stress daha aşağı statusda olan işçilərə nisbətən az olur. Əvvəlki araşdırmalar böyük məsuliyyəti olan müdirlərdə çox güclü stress aşkar etdi, amma onlar sınaqdan keçirilən postfaktumların vəziyyətinin qeydə alınmasına əsaslanmışdı, birmənalı nəticələr çıxarmaq çətin idi.

Pensilvaniya Universitetindən Sara Damaskın rəhbərliyi ilə alimlər komandası tam məşğul 115 işçinin sosial-iqtisadi statusunu (gəlir və təhsil) “yüksək” və “aşağı” kimi qiymətləndirdi. Bu şəxslər cib kompüterlərindən istifadə edərək, gündə bir neçə dəfə səs siqnalı ilə öz əhvallarını və stress səviyyələrini qiymətləndirirdilər. İştirakçılar işlərinin “ani olaraq qavranılması”, ümumilikdə deyil, məhz həmin an nə hiss etmələri barədə suallara cavab verirdilər. Həmçinin, onlardan kortizol səviyyəsinin – stressin bioloji markeri – ölçülməsi üçün tüpürcək nümunələri də götürüldü.

Yüksək statuslu iştirakçılar (həkimlər, menecerlər və müəllimlər) aşağı statuslularla (fastfud işçiləri, xadimələr, tibb bacıları və s) müqayisədə daha böyük stress və aşağı xoşbəxtlik səviyyəsini bildirdilər. Stressin bu səviyyəsi nə ilə izah edilir? Onlar daha çox iddia edirdilər ki, vəzifələrinin icrası üçün resursları çatmır, işdən və həmkarlarından az məmnundurlar.

Tədqiqatçılar iddia edirlər ki, bu cür cavablar üçün səbəblər tam aydın deyil. Məsələn, ola bilsin, statuslu işlər həqiqətən vaxt və ya kadrlar kimi defisit resursları tələb edir, yaxud statuslu işçilər mövcud olandan daha çox resursa ümid edirlər. Səbəblər nə olur-olsun, bu ani hisslər əhval və stress göstəriciləri ilə dəstəklənir: iştirakçılar iş üçün lazım olan hər şeyə malik olduqlarını hiss etdikdə, işlərindən və həmkarlarından razı idilər, xoşbəxtlik səviyyəsi daha yüksək, stress daha aşağı idi. Statuslu iştirakçılar işi bacarmadıqlarını daha çox hiss edirdilər, amma subyektiv qiymətləndirmələrə və kortizol səviyyəsinin məlumatlarına əsasən, uğur anlarında belə, daha az sevinc, daha çox stress yaşayırdılar.

“Tələblərə uyğun gəlməyə can atmaq müsbət proses kimi təsəvvür edilsə də, onlar fiziki, emosional, koqnitiv məsrəflərlə, habelə stress doğuran səylərin səviyyəsi ilə müşayiət oluna bilər”-deyə tədqiqatçılar qeyd edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır