Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 4.1.3-cü bəndinə uyğun olaraq “Torpaqların konsolidasiyası istiqamətində tədbirlərin görülməsi”nin icrası istiqamətində Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Texniki əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilən “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsi üzrə pilot ərazi kimi seçilmiş Salyan rayonunun Şorsulu kəndində torpaqların konsolidasiyası mövzusunda seminar keçirilib.
Seminarda FAO üzrə layihənin beynəlxalq və milli məsləhətçilər qrupunun məsul nümayəndələri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şorsulu bələdiyyəsinin üzvləri və Şorsulu kənd sakinləri iştirak ediblər.