İki təsisçisi olan MMC tək təsisçisi olan digər MMC-ni alqı-satqı vasitəsi ilə tam olaraq ala bilərmi?

İki təsisçisi olan MMC tək təsisçisi olan digər MMC-ni alqı-satqı vasitəsi ilə tam olaraq ala bilərmi?

Bu suala Vergilər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilir ki, mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aid edilir.

Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər.

Mülki Məcəllədə isə bir hüquqi şəxs tərəfindən digər hüquqi şəxsin alınmasına təsisçilərin sayına görə məhdudiyyətin qoyulması nəzərdə tutulmadığından, sorğuda qeyd olunan halda bir hüquqi şəxs digər hüquqi şəxsin iştirak payını əldə edə bilər.

Qeyd edilib ki, bu zaman hüququ şəxsin 100 faiz iştirak payına sahib olan təsisçi payını digər fiziki və ya hüquqi şəxsə təqdim etdiyi (satdığı) halda, alqı-satqı müqaviləsinin bağlandığı tarixə aktivlərin xalis dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı müsbət fərqdən, habelə iştirak payları aktivlərin xalis dəyərindən yuxarı qiymətə təqdim edildikdə onların satış qiyməti ilə nominal dəyəri arasındakı fərqdən gəlir (mənfəət) vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidir.

Qeyd edək ki, sualla bağlı  Mülki Məcəllənin 6-cı və 44-cü maddələrinə baxa bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır