Ceyhan limanından 14 milyon tondan çox neft ixrac olunub

2017-ci ilin iyul ayı ərzində 2 milyon 416 min 951 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 678 min 704 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 milyon 707 min 802 ton təşkil edib.

Qeyd edək ki, BTC istismara verilən gündən 2017-ci il avqust ayının 1-ə qədər Ceyhan limanından 334 milyon 542 min 401 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır